Regional Azərbaycan Çempionatı keçiriləcək

Gənclər və İdman Nazirliyi və İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə bölgə gəncləri arasında Nə? Harada? Nə zaman? oyunu üzrə regional Azərbaycan çempionatı keçiriləcək. Layihənin əsas məqsədi xalqımızın tarixini, mədəniyyətini və milli-mənəvi dəyərləri təbliğ etmək, şəhidlərimizin xatirəsini yaşatmaq, ana dilində intellektual oyunlar hərəkatını güclü və dayanıqlı layihə olaraq region gəncləri arasında təşkil etməkdən ibarətdir. Çempionatın seçim turları bitdikdən sonra final mərhələsi noyabr ayının sonunda İsmayıllıda keçirilməsi planlaşdırılır. Region gəncləri 6 nəfərlik komanda təşkil edərək çempionata qatıla bilərlər. Qeydiyyat üçün link: https://cutt.ly/WNWvD4r #Gənclərİdman #birkimibirlikdə #AzərbaycanGəncləri #GənclərəDoğru

1 Noyabr 2021, 13:03