İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi

İsmayıllı İntellektual Oyunlar Klubu regionda fəaliyyət göstərən bir qeyri-hökümət təşkilatıdır. Təşkilat 2013-cü ildə Məlikzadə Kamran Solman oğlu, Əhmədov Şövqi Oktay oğlu və Manaflı Azad Əziz oğlu tərəfindən yaradılmışdır. Bir müddət İsmayıllı Rayon Gənclər və İdman İdarəsi ilə birgə İsmayıllıda intellektual oyunlar təşkil etmişdir. 2017-ci ilin 29 iyununda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kolegial iclasında təşkilat dövlət qeydiyyatına alınmışdır. Əsas fəaliyyət istiqaməti isə regionda intellektin inkişafına xidmət olaraq yaradılmışdır.

Klubun əsas məqsədi regionlarda olan istedalı və intellektual gəncləri üzə çıxarmaq, gənclərə faydalı layihələr ilə maarifləndirmək, region gənclərinin asudə vaxtlarını səmərəli təşkil etmək, gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, vətəniz Azərbaycan üçün intellektual potensiallı vətəndaş yetişdirməkdir. Klubun qarşısında duran əsas vəzifə isə klubun naliyyətlərin genişləndirmək və regionun ən güclü intellektual kubuna çevirməkdir.

 

Təşkilatın əsas turnirləri:

Regional Azərbaycan Kuboku


Regional Azərbaycan Çempionatı


Regionalar Kuboku


Qalib gənclərin Zəfər Kuboku


İsmayıllı rayon çempionatı